Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, liderlər Suriyadakı son hadisələri, regional və qlobal məsələləri müzakirə edib.
Telefon danışığı zamanı Ərdoğan Türkiyənin Suriyada daimi sabitliyin bərqərar olması üçün Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirib.
Qeyd olunub ki, İlham Əliyev də öz növbəsində Suriyadakı yeni vəziyyətdən məmnunluğunu ifadə edib.
Daşqın HəsənovMissiya.Az