AZ

AFFA-dan adları oyun alqı-satqısında hallanan futbolçularla bağlı AÇIQLAMA

AFFA “Şamaxı” klubundan ayrılan futbolçular Giorgi Kantariyanın və Adil Nağıyevin oyun alqı-satqısında iştirak etmələri ilə bağlı yayılan iddialar barədə açıqlama verib.

İdman.biz xəbər verir ki, milli assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin məsələ qurumun diqqət mərkəzindədir.

“İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək”, - AFFA-dan bildirilib.

Qeyd edək ki, “Şamaxı” iki futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verib.

İdman.biz

phrase_var_article.chosen
19
5
idman.biz

6phrase_var_article.sources