AZ

Türkiyə hərbi imkanları ilə Suriya xalqının yanında olacaq -

"Bundan sonra Suriyanın bir daha bölünməsinə icazə verə bilmərik”. Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, bölgədə tarixi adlandıra bilən hadisələr baş verir. Ərdoğanın sözlərinə görə, Əsədin zülm və qırğınlarla yaşatmağa çalışdığı rejim Dəməşqin azad edilməsi ilə süqut edib və Suriya xalqı üçün firavan və xoşbəxt gələcəyə qapı açılıb. Türkiyə lideri bildirib ki, Suriyanın digər bölgələrində də İŞİD, PKK/PYD kimi terror təşkilatları darmadağın ediləcək və Suriyanın ərazi bütövlüyü və suverenliyi bütün ölkə ərazisində tam möhkəmlənəcək. “Türkiyə bu tarixi vaxtda bütün siyasi, diplomatik, iqtisadi və hərbi imkanları ilə hər zaman Suriya xalqının yanında olacaq” deyən Ərdoğanın sözlərinə görə, Suriya suriyalılar məxsusdur və kənar qüvvələrin orada olmasına imkan vermək olmaz.


Seçilən
26
metbuat.az

1Mənbələr