AZ

Bakıda ikimərtəbəli evdə yanğın

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
 
Moderator.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yüksək temperaturdan sanitar qovşağının lambirdən ibarət tavanı 8 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Seçilən
8
15
moderator.az

10Mənbələr