AZ

Nastya İvleyeva ərə getdi

“Orel i reşka” şousu ilə məşhurlaşan aparıcı və influenser Nastya İvleyeva ərə gedib.

OLAY yazır ki, bu haqda televiziya ulduzu sosial şəbəkə hesabında məlumat yayıb.

İvleyeva “Telegram” kanalında “Mən ərə getdim” statusunu paylaşıb.

Nastya ailə qurduğu şəxsin kimliyi haqda (ad, foto) məlumat verməyib. 

Qeyd edək ki, N.İvleyeva Moskvaya köçdükdən sonra, “Chelsea” qrupunun solisti Arseni Borodinlə görüşməyə başlayıb. Onların tanışlığı hələ 2011-ci ildə Sankt-Peterburqda baş verib. 2017-ci ilin oktyabrında cütlük ayrılıb.13 iyun 2018-ci ildə İvleyeva “Eldzhey” kimi tanınan musiqiçi Aleksey Uzenyukla görüşdüyünü açıqlayıb. 5 sentyabr 2019-cu ildə onların toyu məlum olub. 9 iyul 2021-ci ildə cütlük ayrıldıqlarını elan ediblər.

Seçilən
34
2
olay.az

3Mənbələr