AZ

21 yaşlı idmançıdan tarixi rekord

Amerikalı üzgüçü Qretçen Uolş yeni dünya rekorduna imza atıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Uolş unikal nəticəni Macarıstanda keçirilən dünya çempionatında reallaşdırıb.

O, 50 metr məsafəyə kəpənək üsulu ilə 24,02 saniyəyə üzərək rekord müəyyənləşdirib. Əvvəlki rekord isveçli Tereza Alşammara (24,38 saniyə) məxsus idi.

Qeyd edək ki, 21 yaşlı üzgüçü bu il Parisdə keçirilən Olimpiya Oyunlarında 2 qızıl və 2 gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə keçirilən dünya çempionatında bir dəst medal əldə edib.

Seçilən
9
fanat.az

1Mənbələr