İspaniya millisinin və "Atletik"in 22 yaşlı vingeri Niko Uilyams bu qış klubunu dəyişmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es"in jurnalisti Toni Xuanmarti yayıb.
Xəbərə görə, Uilyams "Barselona"ya keçmək niyyətindədir və Kataloniya klubunun rəhbərliyi ilə əlaqə saxlayaraq bu istəyini onlara şəxsən çatdırıb.
Xatırladaq ki, "blauqrana" bu yay Nikonu sıralarına cəlb etmək üçün təklif göndərsə də, sözügedən oyunçu "Atletik"də qalmaq istədiyini bildirmişdi.
Uilyams 2021-ci ilin yayından Bilbao təmsilçisinin şərəfini qoruyur. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı istedadlı oyunçunun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat