AZ

Rafael van der Vart: “Zlatan İbrahimoviç axmaq və təkəbbürlüdür”

Niderlandlı keçmiş yarımmüdafiəçi Rafael van der Vart İsveç futbolunun əfsanəsi, keçmiş hücumçu Zlatan İbrahimoviç haqda söhbət açıb.

Arena.az “Bild” nəşrinə istinadən, Van der Vartın bu barədə fikrini təqdim edir:

“O, axmaq və təkəbbürlüdür. Biz hər ikimiz güclü şəxsiyyətə malik idik və ikimiz də gənc idik. Mənə vurduğu zədədən iki gün sonra o, “Yuventus”a keçdi. Çünki güzəşt yox idi. Hər şey bir seçimə bağlı idi: ya o, ya da mən. Kimsə “Ayaks”dan getməli idi. Onun bəxti gətirdi ki, “Yuventus” ona müqavilə təklifi ünvanladı, mənim isə bəxtim gətirdi ki, xəyallarımın klubunda qaldım”, deyə Rafael van der Vart xatırlayıb.

Xatırladaq ki, futbolçular birlikdə niderland nəhəngi “Ayaks”da çıxıb ediblər. 2004-cü ilin avqustunda isə İsveç – Niderland oyununda İbrahimoviç Van der Varta zədə yetirib.

Xatırladaq ki, Zlatan İbrahimoviç ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.

Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los Anceles Qalaksi”də çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.

Seçilən
34
arena.az

1Mənbələr