"Kəpəz"in zədəli futbolçusu Luis Paçunun durumuna aydınlıq gəlib.
"Report" xəbər verir ki, MRT müayinəsindən keçən hücumçunun bud əzələsində zəif dartılma aşkarlanıb.
O, həftəsonu Misli Premyer Liqasının XVII turunda "Neftçi"yə qarşı oyunda iştirak edə bilər.
Qeyd edək ki, L.Paçu ötən həftə "Zirə" ilə baş tutan matçın (0:4) 15-ci dəqiqəsində zədələnərək əvəzlənmişdi.