“Beynəlxalq media və müxtəlif dövlətlərin ekspertləri Türkiyənin Suriyada əlinin gücləndiyi qənaətindədirlər. Bəşər Əsəd rejiminin süqutu ilə Türkiyənin Suriyada PKK və ona bağlı güclərin neytrallaşdırmağa çalışacağı bildirilir. Bu, Türkiyənin təbii haqqıdır. Türkiyə sərhədlərinin yaxınlığında PKK-nın varlığına son qoymalıdır. Ankara Vaşinqtonu seçim qarşısında qoyacaq. ABŞ rəsmiləri bu vaxta qədər PKK və ona bağlı qrupları Əsəd rejiminə müqavimət göstərmələri üçün bəslədiklərini deyirdilər. Əsəd rejimi yıxıldı, bu məntiqlə Vaşinqtonun PKK-ya bağlı güclərə dəstək verməsinin anlamı qalmır”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ABŞ Suriyada varlığını qorumaq üçün PKK-ya dəstəyi davam etdirə bilər.
ABŞ Suriyada varlığını qorumaq üçün... - FOTO 2" src="https://cdn.medianews.az/2024/12/thumbs_d_r_04a9d73423ce12748b0452f5baeb2d4f-375x211.jpg" sizes="(max-width: 1536px) 100vw, 1536px" srcset="//cdn.medianews.az/2024/12/thumbs_d_r_04a9d73423ce12748b0452f5baeb2d4f-375x211.jpg 375w, //cdn.medianews.az/2024/12/thumbs_d_r_04a9d73423ce12748b0452f5baeb2d4f-125x70.jpg 125w, //cdn.medianews.az/2024/12/thumbs_d_r_04a9d73423ce12748b0452f5baeb2d4f-768x432.jpg 768w, //cdn.medianews.az/2024/12/thumbs_d_r_04a9d73423ce12748b0452f5baeb2d4f.jpg 1024w" alt="Vaşinqton seçim qarşısında: ABŞ Suriyada varlığını qorumaq üçün... - FOTO" width="1536" height="864" data-pin-no-hover="true" />Politoloqun qənaətincə, bu siyasət Vaşinqtonun “biz Suriyada sabitlik istəyirik” prinsipinə zidd olacaq: “Suriyada yeni hakimiyyət PKK və ona bağlı güclərin şimal əraziləri nəzarət etmələrinin əleyhinə olacaq. Bu, Suriyanın ərazi bütövlüyünə təhdiddir. Vaşinqton Suriyanın ərazi bütövlüyünə dəstək verəcəksə, PKK-ya dəstəkdən imtina etməlidir. Əks halda Suriya yenidən qarışacaq və bundan ABŞ-nin rəqibləri Rusiya və İran istifadə etməyə çalışacaqlar. Bu isə ABŞ-nin maraqlarına ziddir”.
ABŞ Suriyada varlığını qorumaq üçün... - FOTO 3" src="https://cdn.medianews.az/2024/12/syria-map-turkey-fsa-us-ypg-pkk-russia-iran-map-1-scaled-1-375x245.webp" sizes="(max-width: 1593px) 100vw, 1593px" srcset="//cdn.medianews.az/2024/12/syria-map-turkey-fsa-us-ypg-pkk-russia-iran-map-1-scaled-1-375x245.webp 375w, //cdn.medianews.az/2024/12/syria-map-turkey-fsa-us-ypg-pkk-russia-iran-map-1-scaled-1-1024x668.webp 1024w, //cdn.medianews.az/2024/12/syria-map-turkey-fsa-us-ypg-pkk-russia-iran-map-1-scaled-1-125x82.webp 125w, //cdn.medianews.az/2024/12/syria-map-turkey-fsa-us-ypg-pkk-russia-iran-map-1-scaled-1-768x501.webp 768w" alt="Vaşinqton seçim qarşısında: ABŞ Suriyada varlığını qorumaq üçün... - FOTO" width="1593" height="1041" data-pin-no-hover="true" />E.Şahinoğlu Suriyada son olaylar fonunda yeni bayrağın hər yerdə dalğalanmasına da diqqət çəkib: “Belə çıxır ki, Bəşəd Əsəd rejiminin nəzarət etdiyi ərazilərdəki evlərdə müxalifətin yeni bayrağı var imiş, rejim dəyişən kimi ortaya çıxdılar. Ən qəribəsi müxtəlif ölkələrdə Əsəd rejiminə bağlı səfirliklərin dəyişikliyin elə ilk saatlarında binalarında yeni bayraqları dalğalandırmaları idi. Deməli, Əsədin təyin etdiyi səfirlərin tamamı dəyişikliyə hazır imişlər və hər ehtimala qarşı alternativ bayrağı dolablarının bir küncündə saxlayırmışlar”.