AZ

Azərbaycan ikili standartlardan əziyyət çəkən ölkələrdən biridir

Bakı.Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatında Ermənistanın işğalından azad edilmişərazilərdə insan hüquqlarının və humanitar vəziyyətinqiymətləndirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının MüstəqilDaimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) həyata keçirdiyifaktaraşdırıcı missiyasının nəticələrinə dair hazırlanmışhesabatının təqdimatı keçirilib.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuatxidmətindən məlumat verilib.

Ombudsman Səbinə Əliyeva təqdimatda çıxışı zamanı hazırdadünyada bəzi dövlətlər tərəfindən sərgilənən kolonializm, irqçilik,dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik və islamofobiyahallarının artdığını, beynəlxalq təşkilatların bu kimi hallarabiganə münasibətinin insan hüquq və azadlıqlarının pozulmasınasəbəb olduğunu qeyd edib.

Müvəkkil Ermənistanın uzun illər ərzində Azərbaycana qarşıhəyata keçirdiyi kəskin nifrət, etnik təmizləmə və deportasiyasiyasəti səbəbindən dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülhvə insanlıq əleyhinə, habelə müharibə cinayətləri, o cümlədəngenosid, ekosid, urbisid və kultursid aktlarının törədildiyinibildirib. Bütün bu faktlarla bağlı Ombudsman təsisatı olaraq,beynəlxalq təşkilatlara dəfələrlə hesabatlar, bəyanatlar vəmüraciətlər təqdim olunsa da, bu istiqamətdə heç bir effektivtədbirlərin görülmədiyi qeyd edilib, Azərbaycanın dözümsüzlük,ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkənölkələrdən biri olduğu diqqətə çatdırılıb.

Ombudsman Ermənistanın işğalçılıq siyasəti nəticəsindəazərbaycanlıların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq vəazadlıqlarının pozulması faktlarının araşdırılması məqsədilə birsıra beynəlxalq təşkilatlarla, o cümlədən İslam ƏməkdaşlıqTəşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası iləsəmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, İƏT MDİHK-nınnümayəndələrinin Azərbaycanda iki dəfə faktaraşdırıcı missiyahəyata keçirdiyini qeyd edib.

Sonra Ombudsman Aparatının rəhbəri, İƏT Müstəqil Daimi İnsanHüquqları Komissiyasının üzvü Aydın Səfixanlı çıxış edərək İƏTMDİHK-nın Azərbaycanla bağlı hesabatı barədə ətraflı məlumat verib.O, nümayəndə heyətinin səfərinin əsas məqsədinin Ermənistantərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsusqəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması,işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarlabağlı məlumatların toplanması və nəticələrə əsasən hesabathazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətolduğunu diqqətə çatdırıb.

Aparat rəhbəri səfərin nəticəsi olaraq hazırlanmış hesabatda İƏTMüstəqil Daimi İnsan Hüquqları Komissiyası tərəfindən, eynizamanda, beynəlxalq təşkilatlara ünvanlanacaq tövsiyələrin də özəksini tapdığını, Ermənistanın beynəlxalq hüquq və beynəlxalqhumanitar hüquq normalarını pozması faktlarının da qeyd olunduğunubildirib. Hesabatın İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci ZivəGörüşü çərçivəsində təsdiq edildiyinu və daha sonra İƏT MüstəqilDaimi İnsan Hüquqları Komissiyasının rəsmi internet saytındayerləşdirildiyini qeyd edib.

Yekunda Azərbaycan Respublikasının Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi MədəniTarixi Araşdırmalar Fondu tərəfindən icra olunmuş müvafiq layihəçərçivəsində hazırlanan, Ombudsman Aparatının, Müdafiə Nazirliyininvə Minatəmizləmə Agentliyinin əməkdaşlarının müsahibələrinin yeraldığı və Ermənistanın Azərbaycana qarşı mina terrorundan bəhs edən“Ölüm Tələsi” adlı sosial çarx nümayiş olunub.

Məqalədə:
Seçilən
33
1
az.trend.az

2Mənbələr