Bakı, 10 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 22,312.8 min dollar dəyərində 7,254 ton tütün xammalı ixrac olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün xammalı ixracında 3,2 dəfə, satılmış məhsulun dəyərində isə 4,5 dəfə artım qeydə alınıb.