AZ

KƏND TƏSƏRRÜFATI İSTEHSALINDA MÜASİR ÇAĞIRIŞLAR VƏ BİTKİLƏRİN MÜHAFİZƏSİ » AzadMedia.az


Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ETİ Samux rayonu DAİM ilə birlikdə ətraf rayonların aqrar mütəxəssisləri, iş adamları və fermerlər üçün “ Kənd təsərrüfatı istehsalında müasir çağırışlar və bitkilərin mühafizəsi” adli elmi praktik konfrans keçirmişlər. Aqrar sahə ölkəmiz üçün prioritetdir, Kənd Təsərrüfatı nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri kənd təsərrüfatı istehsalçıları olan fermerlərin yanında olmaq, onları maarifləndirməkdir. Müasir kənd təsərrüfatı sistemlərində dövrün tələblərinə cavab verən praktiki biliklərin fermerlərə müxtəlif yollarla çatdırılması işin əsas qanadlarındandır. Bu nöqteyi nəzərdən ölkənin müxtəlif bölgələrində ərazidə becərilən bitkilərin çeşidləri nəzərə alınmaqla keçirilən dəyirmi masalar, seminarlar, elmi praktiki konfranslar, sadəcə fermerlərlə canlı ünsiyyət ümumi işimizə təkan verən amillərdəndir. Son bir ayda Balakən, Bərdə, Samux rayonlarında keçirilən tədbirlərin əhəmiyyəti böyük olmaqla, fermerlərdə məmnunluq yaradır. Bu gün keçirilən tədbir də miqyasına və elmi praktiki tutumuna görə fərqlənirdi.
Bitki mühafizəsi kənd təsərrüfatı istehsalında, ölkənin ərzaq təhlükəsizliyində, artan əhalinin qida maddələri ilə təminatını ödənilməsində mühüm strateji xətdir, elə bu baxımdan da bitki mühafizəsi dünya ölkələrində milli təhlükəsizlik amili kimi qəbul edilir. Birləşmiş Millətlər Təşkilatının FAO ekspertlərinin verdikləri məlumata görə dünyanın hətta inkişaf etmiş ölkələrində belə istehsal edilən kənd təsərrüfatı məhsullarının 40%- ə qədəri xəstəlik törədicilər, zərərvericilər, alaq otları və digər zərərli orqanizmlərin təsirindən itkiyə gedir, 10-12% məhsul isə qış aylarında saxlanma dövrü keyfiyyətini itirdiyindən çıxdaş edilir. Dünya üzrə zərərli orqanizmlərlə kimyəvi mübarizədə tətbiq edilən pestisidlərin çeşidi və istehsalının artması da problemlərin həllində acizdir. Bu gün keçirilən tədbirdə çıxış edən gənc elmi işçilərin çıxışlarının əsas qayəsi də bu yolları aramaqda fermerlərə kömək idi. Elmi işçilərdən Gülcamal Ələsgərova, Aytəkin Hüseynova, Qərib Məmmədov, Samirə Avazova, Nurlana Məmmədova, Tünzalə Bağırova buğda, arpa, qarğıdalı, şərq xurması, çəyirdəkli meyvə bitkilərini xəstəlik və zərərvericiləri, siçanabənzər gəmiricilər, kəhrə kimi ali çiçəkli parazitlər və onlara qarşı mübarizə tədbirlərindən bəhs etdilər. Tədbir iştirakçıları maraqlandıran suallara cavablarla yekunlaşdı. Sonda bu tədbirdə iştirak edən bütün iştirakçılara və maarifləndirici mövzularla çıxış edən həmkarlarıma, elmi işçilərimə təşəkkürlərimi bildirirəm.
Seçilən
42
1
azadmedia.az

2Mənbələr