AZ

"Suriyalı qardaşlarımıza bütün dəstəyi verəcəyik"

Türkiyə prezidenti Ərdoğan 10 dekabr "İnsan Haqları Günü" ilə bağlı mesaj yayımlayıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, prezident Ərdoğan 10 dekabr "İnsan Haqları Günü" ilə bağlı mesaj yayımlayıb. Ərdoğan çıxışına "Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul edilməsinin 76-cı ildönümü - 10 dekabr İnsan Hüquqları Günü münasibətilə millətimizi və bütün dünyanı təbrik edirəm" deyərək başlayıb.

Ərdoğan daha sonra Suriyada baş verən son hadisələrlə bağlı danışıb.

O, "Biz 60 ildən çox BƏƏS diktaturasından və 13 illik vətəndaş müharibəsindən sonra qonşumuz Suriyada sülh, sabitlik və əmin-amanlıq üçün çiçəklənən ümidləri alqışlayırıq. Suriyada əhatəli bir idarənin qurulmasına və suriyalı qardaşlarımızın ölkələrini yenidən qurmaq səylərinə lazım olan bütün dəstəyi verəcəyik" sözlərini deyib.

Nərmin
Milli.Az

Seçilən
23
milli.az

1Mənbələr