Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin edilib.
Əl-Bəşirin sözlərinə görə, o, Suriyada keçid dövrünün başa çata biləcəyi 2025-ci il martın 1-dək vəzifəsini icra edəcək.
Qeyd edək ki, dekabrın 9-da Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti ölkə Prezidenti Bəşər Əsədi devirmiş antihökumət qüvvələrinin liderlərinə təhvil verməyə razı olduğunu bəyan edib.