Kriptovalyutalar rəqəmsal mübadilə vasitələridir. Hansı ki, kriptoqrafiyanı tətbiq edir və əməliyyat məlumatlarını paylaşaraq təhlükəsiz, gizli,nəzarət oluna bilən və potensial olaraq sabit olan pul sistemini yaradır.
Kriptovalyutalar öz adını kriptoqrafiyanın tətbiq olunmasından alıblar. Kriptoqrafiya əsasən təhlükəsiz və şəxsi bir mesaj göndərmək niyyəti ilə edilən əməliyyatları, həmçininməlumat təhlükəsizliyi və identifikasiyası kimi əməliyyatlar üçün də məlumat şifrələməyin üsullarını öyrədir. Hər iki kəlmənin başlığında istifadə olunan “kripto” sözü Yunan dilində olan “kruptos” sözündən yaranıb və mənası “sir” deməkdir. Kriptovalyulatlar kriptoqraflar tərəfindən həm senzuraya, həm də fırıldaqçılığa davamlı olan rəqəmsal pul vahidi sistemini yaratmaq üçün inkişaf etdirilmiş bir çox texnologiyaları və nəzəriyyələri özündə cəmləyir.
2008-ci ilədək olan iki onillikdə kriptoqrafik protokollara və paylanmış şəbəkələrə əsaslanan mərkəzləşdirilmiş bir valyuta yaratmaq üçün bir neçə cəhdlər olmuşdur. Bu proses Bitcoin ilə başlamış, fikir həqiqətən kök salmış və dünyadakı bir çox izləyiciləri cəlb etməyə başlamışdır.
Bitcoin ən məşhur kriptovalyuta olaraq qalır, lakin hal-hazırda faktiki olaraq minlərlə müxtəlif səviyyəli məşhurluğa, dəyərə və oriqinallığa sahib kriptovalyutalar da mövcuddur. Bitcoin-dən başqadigər kriptovalyutalar “altcoins” (altkoinlər) kimi adlandırılır. Bitcoin sistemində sadə klonlar olaraq qəbul edilən bir çox alt altkoinlərin mövcudluğuna baxmayaraq onlardan ən müvəffəqiyyətliləri bir qayda olaraq unikal qarmağa və ya faydalara sahibdir, hansıları ki, Bitcoin ya təmin edə bilmir, ya da seçə bilmir. Altkoinlərin ən tanınmış nümunələrinə Ethereum, Litecoin, Dashcoin, Dogecoin və s. aiddir.
Kriptovalyutalar necə işləyir?
Kriptovalyutalar hökumətinvə ya maliyyə qurumunun sözündən daha çox riyaziyyat ilə dəstəklənir. Bütün valyutalar kimi onlar da hələdə özlərinin qəbul edilmiş dəyərindən asılı olmasına baxmayaraq çatışmamazlıqları riyaziyyata əsaslanır və heç bir qrup və ya şəxs tərəfindən düzəliş edilə bilməz. Onlar nə qızıl kimi fiziki malların mövcudluğuna bağlı deyillər, nə də süni şəkildə hökumətlər tərəfindən yaradıla bilər və ya dollar kimi maliyyə qurumları ola bilərlər.
Kriptovalyutalar yayılmış şəbəkələrdən üçüncü tərəflərə ehtiyyac olmadan, birəbir əməliyyat sistemlərinə icazə vermək üçün istifadə edir. Bu növ təhlükəsizliyi təmin edə bilmək üçün kriptovalyutalar riyazi alqoritmlərdən istifadə edir.
Hər əməliyyatın qanunauyğunluğunu təmin etmək üçün kompleks riyazi tənliklər hər bir hesabı, hesab sahibinin sərf etmək istədikləri virtual valyuta məbləği ilə əlaqələndirilir. Əsasən mədənçilər olaraq adlandırılan istifadəçilər özlərinin ehtiyyat mənbələrini bu tənlikləri həll etməyə həsr edirlər və adətən kiçik məbləğdə kriptovalyutalar ilə mükafatlandırılırlar.
Kriptovalyutaların gələcəyi
Rəqəmsal valyutalar məlum olduğu qədərilə qeyri-sabitdir, çünki onların bazar həcmi hələ də nisbətən kiçikdir. Kriptovalyutalar üçün bazarın kapitallaşdırılması artdıqca onların sabitliyi də artacaqdır. Bu baş verən kimi onlar fiat valyutalarına nəzərən daha çox sabit qalma potensialına malik olacaqlar.
Kriptovalyutalar təbiətən nadir olmaq üçün dizayn edilmişdir və onların infilyasiyası yavaş, nəzarət oluna biləcək dərəcədə artır. Bu potensial olaraq onlara hökümətlərin, mərkəzi bankların və maliyyə qurumlarının sadəcə lazım olduqda bank hesablarının sonuna “bir neçə sıfır əlavə edə bildikləri” valyutalara nəzərən daha çox sabitlik verir.
Kriptovalyutalar maliyyə dünyasını dəyişdirə bilməkpotensialına malikdirlər və artıq bu yöndə bir çox üsullara sahibdirlər. Bitcoin ilk idi, ən geniş və ümumi uyğunlaşmanın qəbul edilməsində ən yüksək şansa sahib olaraq qalır, lakin yenilikçi fikirlərə sahib bir çox digərləri də mövcuddur ki, gözardı edilməməlidir.
Kriptovalyutaların siyahısını tam şəkildə görmək üçün https://coinmarketcap.com saytını ziyarət edə bilərsiniz. Coinmarketcap saytında həmçinin kriptovalyutaların qiymətlərini, keçmiş qiymətlərini və s. məlumatları tapa bilərsiniz.