AZ

"Time" jurnalı onu ilin CEO-su seçdi, "Harvard" isə dərsliyə saldı! - Lisa Su kimdir?

"Advanced Micro Devices" ("AMD") şirkətinin icraçı direktoru Lisa Su "Time" jurnalı tərəfindən ilin CEO-su seçilib. Su, AMD-nin rəhbərliyini öz üzərinə götürdüyü zaman şirkətin dəyəri çox aşağı idi, lakin o, məhsulları yenidən dizayn edərək və müştəri əlaqələrini gücləndirərək AMD-ni güclü bir texnologiya nəhənginə çevirib.

Valyuta.Az xəbər verir ki, 2022-ci ildə AMD-nin dəyəri ilk dəfə rəqibi "Intel"-i geridə qoydu və şirkətin səhmləri 3 dollardan 140 dollara yüksəldi.

Strateji zəkası və tələbkar liderlik tərzi ilə tanınan Su liderlərin yetişdirilməsinin əhəmiyyətini vurğulayır. Onun ciddi yanaşması həftəsonu iclaslarını, səhər tezdən görüşləri və məhsul testlərində şəxsən iştirak etməyi əhatə edir. Texnologiya sektoru analitiki və AMD-nin keçmiş rəhbəri Patrik Murhed (Patrick Moorhead) Su-nun idarəetmə üslubunun hər kəsə uyğun olmadığını, lakin onun yüksək standartlarını qarşılayanlar üçün təsirli olduğunu bildirir.

Süni intellekt sənayesi çiplərin sürətini və enerji səmərəliliyini optimallaşdırmağa doğru yönəldikcə, AMD bu sahədəki rəqabətqabiliyyətli məhsullarından faydalana bilər. 

Su-nun rəhbərliyi o qədər uğurlu olub ki, "Harvard Biznes Məktəbi" AMD-nin bu transformasiyasını tədris proqramına daxil edib. Bununla belə, yarımkeçirici bazarında liderlik hələ də "Nvidia"ya məxsusdur.

"Nvidia" hazırda süni intellekt üçün məlumat mərkəzi GPU bazarının 95%-nə nəzarət edir. Su-nun qohumu olan Jensen Huang isə bu şirkətə rəhbərlik edir.

AMD son dövrlərdə süni intellekt sahəsində rəqabət gücünü artırmağa çalışır. Şirkət noyabr ayında işçi qüvvəsinin 4%-ni ixtisar edəcəyini açıqlayıb. Bunun səbəbi texnologiya nəhənglərinin öz çiplərini istehsal etməyə başlamasıdır. Amma Su, AMD-nin güclü tədqiqat büdcəsi ilə bu sahədə rəqabətə davam gətirəcəyinə inanır. 

O, məhsul keyfiyyətinə və liderlik tərzində yüksək standartlara xüsusi önəm verir. "Meta" kimi şirkətlərlə əməkdaşlıqlar quraraq açıq ekosistemləri təşviq etməyi və "Nvidia" ilə rəqabət aparmağı planlaşdırır. AMD, böyüklüyü 2028-ci ilə qədər 500 milyard dollara çatacağı gözlənilən xüsusi süni intellekt çip bazarında mühüm mövqeyini qorumaq niyyətindədir.

Valyuta.Az

 

Seçilən
32
valyuta.az

1Mənbələr