AZ

Fermerlərə nağdlaşdırma qadağası: "Ziyan məhsuldarlığa dəyir" - Açıqlama


“Kənd təsərrüfatına verilən subsidiyaların yalnız 25 faizini fermerlər nağdlaşdıra bilir. Qalan 75 faiz hissəni isə Kənd Təsərrüfatı Nazirliyinin təyin etdiyi şirkətlərlərdən ala bilərlər. Aqrar sahəyə verilən subsidiyaların arzuolunan nəticə verməməsinin əsas səbəbi də məhz fermerlərin əkin subsidiyası məbləğinin ancaq 25 faizini nağdlaşdıra bilməsidir. Yerdə qalan vəsaitə fermer nağdlaşdırmadan müəyyən təchizatçılardan gübrə, toxum və s. alır. Əgər 100 faiz nağdlaşdırma imkanları verilərsə, fermerlər daha keyfiyyətli toxum, gübrə, dərmanlar və digər zəruri məhsulları ala bilər. Lakin nazirlik bu imkanları fermerlərə vermir. Buna görə də gözlənilən nəticəni ala bilmirlər".

Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli deyib.



O bildirib ki, istənilən nəticənin əladə olunması üçün fermerlər karta köçürülmüş vəsaitin 100 faizini nağdlaşdıra bilməlidir. Fermerlərin kənd təsərrüfatı istehsal vasitələri almaq üçün bazarda seçim imkanları olmalıdır:

"Yəni fermer müəyyən təchizatçılardan asılı olmamalı, gedib bazarda seçim edə bilməlidir.Həmin şirkətlər də dəqiqi bilir ki, fermerlərə verilən vəsaitin 75 faizi mütləq onlara xərclənəcək. Ona görə də xaricdən keyfiyyətsiz toxum, gübrə, yemləmə vasitələri, herbisitlər, pestisidlər gətirərək bazarda ən keyfiyyətli məhsuldan da baha verirlər. Beləliklə, mənfəət əldə etmiş olurlar. Bu probelemi aradan qaldırmadan məhsuldarlığı yüksəltmək olmaz. Çünki keyfiyyətsiz toxumdan keyfiyyətli məhsul götürmək, keyfiyyətsiz gübrədən istifadə edib yüksək aqrotexniki nəticə əldə etmək mümkün deyil. Artıq əvvəlki dövrlərdəki kimi deyil. İndi yemləmə vasitələri rəngarəngləşib, təkcə köklə yemləmə olmur ki, fermer işini peyin verməklə bitirsin. Dünyada artıq kökdən kənar qidalanma ilə bağlı təcrübələr var. O məhsulların da keyfiyyətlisi və keyfiyyətsizi var. Ölkəyə isə əksər hallarda keyfiyyətsizi gətirilir”.

Sevinc,
BakuPost
Seçilən
44
1
bakupost.az

2Mənbələr