Suriyanın paytaxtı Dəməşqdə komendant saatı tətbiq edilib.
Bu barədə Suriyanın “Əl Vatan” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, hərbi komandanlıq Dəməşqdə saat 16:00-dan 05:00-a qədər (Bakı vaxtı ilə 06:00) komendant saatı tətbiq edir.
Bundan əlavə, “Əl-Cəzirə” telekanalının məlumatına görə, Suriya silahlı müxalifəti Aralıq dənizi sahilində yerləşən Tartusa daxil olub.