AZ

Azərbaycanla Ermənistan arasında müharibəyə başlayır? –  AÇIQLAMA

Bildiyimiz kimi Ermənistan ordusu sərhəddə hərbi texnikalar yığır və xaricdən dəstək alır. Bəs, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlaya bilərmi?

Mövzu ilə bağlı politoloq, konflik analitik Elman Vəliyev İNFOAZ.WS-ə açıqlamasında Ermənistanın Azərbaycanla müharibə edəcək  potensialının olmadığını bildirib.

“Müharibə iki tərəfə də ziyan verə bilər. Ancaq Azərbaycanın hədəfləri hələ də tamamlanmayıb. Ermənistan Azərbaycanla dil tapsa özünə daha çox xeyir qazanar”.

Politoloq bunun Paşinyan adminstrasiyasının da bildiyini qeyd edib:

“Amma hər şey ondan asılı deyil. Azərbaycan Ermənistanla müharibə etsə Qərb torpaqları üçün edər. Xüsusilə də Qərbi Zəngəzur”.

Elman Vəliyevin sözlərinə görə, hazırda bu müharibənin olması risklidir və mənfi nəticələrə səbəb ola bilər.

Fatimə Məmmədova

İNFOAZ.WS

Seçilən
15
infoaz.ws

1Mənbələr