Travma – insanın fiziki, emosional və ya psixoloji vəziyyətinə mənfi təsir göstərir.
Mövzu ilə bağlı psixoloq Gülşən Rüstəmova İNFOAZ.WS-ə açıqlamasında Travmanın gözləntilərə səbəb olduğunu bildirib.
“Travma bizim həll edə bilməyəcəyimiz, zehnimizdə yerləşdirə bilməyəcəyimiz məyusluqlarımızdır. Bunun ən çox yaranma dövrü 6 yaşa qədərdir”.
“İnsanlar sevgi, qayğı ,diqqət, seçilmək duyğusuna ac böyüyürlər. Bu onların həyatına əlbəttə ki , pis təsir göstərir və onlar ilk fürsətdə xaricdən həmən duyğuları daha çox almaq, istəmək duyğusu ilə böyüyürlər”.
Onun sözlərinə görə, gözləntilərimizi doldurmağa çalışarkən çox böyük yanlışlara yol verilir. Bununlada daha böyük məyusluqlarla üzləşirik.
“Bununla mübarizə aparmaq yerinə özümüzlə məşğul olaq, özümüze tanıyaq. Gözləntilərin haradan başladığını bilək və öz möhtəşəmliyimizi görərək bu duyğuları özümüzün özümüzə bəxş edəcəyinin fərqinə varaq”.
Fatimə Məmmədova