AZ

Tortların üzərində yanan fişənglər sağlamlığa ziyandır?

Ad günləri tortlarının üzərində mütləq yanan xüsusi fişənglər olur. 

Həmin fişənglər yanan zaman insanlara xoş təsir bağışlayır. 

Ancaq həkimlər isə tortun üzərində yandırıcıların olmasının ziyanlı olduğunu bildirir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, tortun üzərində yanan xüsusi fişənglər sağlıq baxımından düzgün deyil: 

“Çünki bu fişənglər yanan zaman xırda metal hissəciklər olur və onlar tortun üzərinə tökülür. Belə olan halda tortu yeyənlər tortla bərabər həmin xırda metal hissəcikləri də istehlak etmiş olurlar. Bu isə insan sağlamlığına ziyandır. Həmçinin, bu tip yandırıcılar yanğına da səbəb ola bilər”.

Sevinc

Seçilən
14
hit.az

1Mənbələr