AZ

Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Dekabrın 19-da keçiriləcək ilin son sammitində Avropa İttifaqının dövlət və hökumət başçıları Suriyada Bəşər Əsəd hakimiyyətinin bitməsindən sonra yaranmış vəziyyəti müzakirə edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta “X”də yazıb:

“Dekabrın 19-da keçiriləcək Avropa Şurasının mövzusu Suriya olacaq”.

“İnsan hüquqlarına hörmət və azlıqların müdafiəsi, eləcə də ölkənin ərazi bütövlüyü Aİ üçün əsasdır”, - o əlavə edib.

Seçilən
37
3
qafqazinfo.az

6Mənbələr