AZ

Qəddafi “Növbə sizə gələcək” xəbərdar etmişdi, Əsədin gülüşü... - VİDEO

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin 16 il əvvəl bir zirvə görüşündə "Sıra hər birinizə gələcək, sizin üçün gələnlər olacaq. Saddama olanlar sizi də gözləyir" deyə, xəbərdarlıq etməsi yenidən gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, öncə Hüsnü Mübarək, sonra isə Bəşar Əsədin gülüşləri ilə qarşılandığı həmin görüntülər Suriyada baş verən hadisələrdən sonra yenidən dünya mediasının gündəmə gəlib.

27 Noyabrda Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyat başlatan silahlı müxaliflər bir çox şəhəri heç bir döyüşə girmədən ələ keçirib. Paytaxt Dəməşqdə də nəzarəti təmin edən müxaliflərin bu addımı ilə 61 illik Baas rejimini çökdürərkən, Suriya Prezidenti Bəşər Əsəd ölkəsindən qaçaraq Rusiyaya sığınıb.

QƏDDAFİ ZİRVƏDƏ GÖRÜŞÜNDƏ XƏBƏRDAR ETMİŞDİ

11 il əvvəl Sirtdə müxalif silahlı qruplar tərəfindən öldürülən Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin qatıldığı bir zirvədə etdiyi xəbərdarlıq diqqət çəkmişdi.

"SIRA HƏR BİRİNİZƏ GƏLƏCƏK"

2008-ci ildə Dəməşqdə Ərəb liderlərinin toplandığı zirvədə Qəddafi Saddam Hüseynin ölümünü nümunə gətirərək belə demişdi: "Sıra hər birinizə gələcək, sizin üçün gələnlər olacaq. Saddama olanlar sizə də gələcək."

ƏSƏDİN GÜLÜŞÜ EKRANLARA YANSIMIŞDI

Qəddafinin xəbərdarlığını nəzərə almayan liderlərin gülüşləri salonu bürüyərkən, gülüşü ekrana yansıyanlar arasında Suriyada baş verənlərdən sonra qaçqına çevrilən Bəşər Əsəd də vardı.

Musa
Milli.Az

Seçilən
89
50
milli.az

10Mənbələr