Sabunçuda 65 yaşlı kişiyə qarşı soyğunçuluq hadisəsi baş verib.
DİN mətbuat xidmətindən İNFOAZ-a verilən məlumata görə Sabunçu rayonu ərazisində soyğunçuluq hadisəsi barədə polisə məlumat daxil olub.
Bakıxanov qəsəbəsində yaşayan 65 yaşlı kişi evinin girişində naməlum şəxsin 2800 manatını talamasını bildirib.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı T.Qarazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.