AZ

Putin 2025-ci ili Rusiyanın texnoloji inkişafı üçün həlledici il adlandırıb

 Rusiya öz texnologiyaları üzərində işləməlidir.

İNFOAZ.WS Tass-a istinadla xəbər verir ki, Rusiya qlobal rəqabət qabiliyyətinə nail olmalı və öz texnologiyaları üzərində işləməlidir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı bildirib.

“Gələn il ölkəmizin texnoloji inkişafının yeni mərhələsinin başlanması üçün həlledici olacaq”, – deyə o vurğulayıb.

Rusiya hər şeyi müstəqil şəkildə istehsal etməyə çalışmır. Prezidentin sözlərinə görə, bu “nə lazımdır, nə də mümkündür”. Bununla belə, Rusiya öz texnoloji həlləri ilə dünya bazarına çıxmalıdır.

“Bu əsasda müəyyən sahələrdə liderliyi möhkəmləndirmək lazımdır. Təəssüf ki, hazırda milli layihələrdə belə sistemli vəzifələrin bloku çatışmır”, – deyə Putin qeyd edib.

Fatimə Məmmədova

İNFOAZ.WS

Seçilən
42
infoaz.ws

1Mənbələr