Rusiyanın Vladivostok şəhərində yaşayış binasının təmiri zamanı izolyasiya materialı 15 yaşlı qızın üzərinə düşüb.
Medianews.az xəbər verir ki, hadisə dekabrın 10-da günorta saatlarında baş verib.
Yeniyetmə xəbərdarlıq lenti ilə hasarlanmış əraziyə girib və orada işçilər tərəfindən damın üzərinə qaldırılan izolyasiya materialı onun üzərinə düşüb.
Qız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.