Suriyada Bəşər Əsəd rejimi dövründə hüquq müdafiəçiliyi ilə məşğul olan siyasi fəal Mazen Həmadinin həbsxanada cəsədi tapılıb.
Medianews.az xəbər verir ki, Mazen Həmadi 2012-ci ildə təqiblərə məruz qaldığı üçün mühacirət edib.
Ölkədə müharibə dayandıqdan sonra, 2020-ci ildə Suriyaya qayıdan Mazen Həmadi fəaliyyətini bərpa etmişdi. Bundan bir neçə ay sonra isə Mazen Həmadi qəfil yoxa çıxıb.
Ötən gün Mazen Həmadinin cəsədi Suriyanın Sednaya həbsxanasından tapılıb. İddialara görə, onun ağır işgəncələr nəticəsində öldüyü müəyyən edilib.
Medianews.az