AZ

IFC Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına dəstək ola bilər - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə vaqon parkının genişləndirilməsi, yeni maliyyələşdirmə üsullarının tətbiqi sahəsində əməkdaşlıq məsələləri müzakirə edib.

Avtosfer.az ADY-yə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr “Azərbaycan Dəmir Yolları”nın sədr müavini Arif Ağayevin IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional infrastruktur və enerji meneceri Kamila Rodrigez və digər rəsmiləri ilə keçirdiyi görüşdə aparılıb.

IFC-nin dəmiryol infrastrukturunun inkişafı üzrə bir sıra iri layihələrə dəstəyi nəzərə alınaraq bu istiqamətdə də tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

A. Ağayev ADY-nin vaqon parkını genişləndirilməsi və modernləşdirilməsi üçün son illərdə gördüyü işlərdən, o cümlədən müasir elektrik qatar və lokomotivlərinin alınması və daxili resurslar hesabına həyata keçirilən layihələrin icrasından danışıb.

FOTO QALEREYA
Seçilən
64
1
avtosfer.az

2Mənbələr