Rusiyanın Saratov vilayətində pilotsuz təyyarələr hərbi aerodroma hücum edib.
Editor.az bildirir ki, bu barədə qubernator Roman Busargin dekabrın 10-da Telegram-da məlumat verib. Onun sözlərinə görə, dağıntı və tələfat yoxdur, lakin təcili yardım xidmətləri hadisə yerindədir.
Rəsmi PUA-ların vurulduğunu iddia etsə də, Rusiya Müdafiə Nazirliyi səhər hesabatında bu barədə məlumat verməyib.
Qeyd edək ki, Saratov vilayətində Rusiya Federasiyasının Ukraynaya raket zərbələri endirmək üçün istifadə etdiyi “Engels 2” hərbi-kosmik qüvvələrinin aerodrom və aviabazası bir neçə dəfə Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.
//Samir Qurbanov, Editor.az