AZ

"Mançester Yunayted" Reşfordla bağlı qərarını verdi

“Mançester Yunayted”in hücumçusu Markus Reşfordla bağlı yekun mövqeyi bəlli olub. 

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı futbolçunu qışda satmağa hazırdır.
 
Məlumatı tanınmış insayder Florian Plettenberq yayıb. Xəbərə görə, “Mançester Yunayted” Raşfordun satışı ilə maliyyə feyr-pley problemlərini həll etməyi düşünür. Belədə klub futbolçunun maaşı ilə bağlı xeyli qənaət edəcək. 

Reşford bu mövsüm bütün turnirlərdə 23 matça çıxıb və 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.

Mirağa

Seçilən
24
fanat.az

1Mənbələr