AZ

“Qısa müddətdə danışacam” – Adil Nağıyev iddialara cavab verdi

“Şamaxı”nın dünən iki futbolçusu ilə yolları ayırması gündəmi zəbt edib.

Georgi Kantariya ilə Adil Nağıyevin komandadan mövsümün ilk yarısı başa çatmamış uzaqlaşdırması, həmçinin klubun üstüörtülü açıqlama verməsi çoxlu şübhə yaradıb. İddialara inansaq, hər iki futbolçu məhz danışılmış oyunlara görə komandadan uzaqlaşdırılıb.

Ayxan Abbasovun “Turan Tovuz”la oyundan sonrakı mətbuat konfransında məlum iddianı təkzib etmədən söhbətdən yayınması məsələnin ciddiliyindən xəbər verir. Bəs Nağıyev iddialarla razılaşır? Onun “Football-plus.az”a cavabı belə oldu:

“Vallah, hamı məndən səbəbi soruşur. Amma hələ açıqlama vermirəm. Qısa müddətdə danışacam. Amma danışılmış oyunlar-filan boş söhbətdi”.

RÖYANƏ OĞUZ
Seçilən
15
football-plus.az

1Mənbələr