Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə hücum edib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria çıxış edib.Sarianın üsyançılara məxsus "Al Masirah" telekanalında dediyi kimi, husilər hərbi əməliyyat keçiriblər və bu zaman onlar Cibuti limanını tərk etdikdən sonra Amerikanın üç təchizat gəmisinə hücum ediblər. Yəmənli üsyançılar həmçinin Ədən körfəzində təchizat gəmilərini müşayiət edən iki Amerika esminesinə hücum etdiklərini açıqlayıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta