AZ

"Huawei" Çində bazar liderliyini "Apple"dan necə aldı?

"Huawei Technology" şirkətinin Çində premium smartfon satışları sentyabr ayında başa çatan rübdə illik əsasda 34% artıb və şirkətə bazarın 33%-ni qazandırıb.  

Valyuta.Az "Bloomberg"ə istinadla xəbər verir ki, "Canalys"in yeni məlumatlarına görə, "Apple" isə eyni dövrdə Çində "iPhone" tədarükündə 5% azalma yaşasa da, 52% bazar payı ilə premium smartfon seqmentində liderliyini qoruyub. 

Məlumatlar, "Huawei"nin 2019-cu ildə başlayan ABŞ sanksiyalarından sonra keçən il gözlənilməz bir geri dönüşlə bazara çıxardığı "Mate 60" seriyasının güclü satışlarını əks etdirir.  

Qatlanan telefonlara yüksək tələbat  

Araşdırma şirkəti "CINNO"nun noyabr hesabatına görə, "Huawei" 3-cü rübdə təxminən 1,12 milyon qatlanan telefon tədarük edib ki, bu da əvvəlki ilə nisbətən 97% artım deməkdir. Bu, şirkətin "Honor", "Vivo", "Xiaomi" və "Samsung Electronics" kimi rəqiblərini geridə qoyaraq Çində qatlanan telefonların ən çox satılan markası statusunu qorumasına imkan verib.  

"Canalys" bildirir ki, süni intellekt texnologiyasına malik telefonlara tələbat, yüksək səviyyəli smartfon seqmentinin dünya üzrə 3-cü rübdə 15% böyüməsinə kömək edib. Satışlarda cüzi azalma olmasına baxmayaraq, "Apple", "iPhone 15 Pro Max"ın liderliyi ilə Çində ən yaxşı 10 smartfon modelinin yarısını təşkil edib.  

"Huawei"nin "Pura 70" seriyası isə rüb ərzində Çində bütün yüksək səviyyəli smartfon modelləri arasında tədarük həcminə görə altıncı sırada qərarlaşıb.  

"Honor"un 5% -lik bazar payı 

"Honor" premium smartfon bazarının 5%-ni əlində saxlayır və onu "Xiaomi" və "Samsung" hər biri 3%-lik bazar payı ilə izləyir.  

"Apple", sentyabr ayında təqdim edilən "iPhone 16" modelinin dəstəyi ilə illik 10%-lik satış artımı fonunda 63%-lik payla qlobal premium seqmentə üstünlük edir.  

"Samsung" isə 21%-lik qlobal bazar payı ilə ikinci, "Huawei" isə 8%-lə üçüncü yerdədir.  

"Huawei" noyabr ayında "Mate 70" seriyasını təqdim edib və şirktədən "Securities Times" qəzetinə verilən açıqlamada tələbin "həddindən artıq" olduğunu bildirib.  

"Huawei"nin istehlakçı iş qrupu CEO-su Xe Qanq (He Gang) qəzetə bildirib ki, əvvəlcədən ödəniş tələb etməyən telefon üçün rezervasiyalar 6,7 milyonu keçib.  

Rəhim

phrase_var_article.chosen
17
1
valyuta.az

2phrase_var_article.sources