“Real”ın yarımmüdafiəçisi Arda Gülərin Almaniya Bundesliqasında oynamaq imkanı var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, türk futbolçunu transfer etməkdə Leverkuzen “Bayer”i maraqlıdır.
“Real” Gülərlə mövsümün ortasında ayrılmaq istəməsə də, gələn yay onu transferə çıxarmağı düşünə bilər.
19 yaşlı yarımmüdafiəçi cari mövsümdə 17 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.