AZ

70 Nobel mükafatçısı Kennedinin namizliyinə qarşı çıxdı

70-dən çox Nobel mükafatı laureatı kiçik Robert Frensis Kennedinin Tramp administrasiyasında ABŞ Səhiyyə naziri təyin edilməsinə qarşı açıq məktub imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, kimya, iqtisadiyyat, tibb və fizika üzrə Nobel mükafatı laureatları ABŞ Senatına müraciət edərək kiçik Robert Kennedinin Səhiyyə və İnsan Xidmətləri naziri təyin edilməsinə qarşı çıxıblar.

Dərc edilmiş sənədə görə, belə bir çağırış siyasətçinin lazımi təcrübəsinin olmaması ilə izah olunur. Məktub müəllifləri həmçinin hesab edirlər ki, belə bir şəxsin təyinatı əhalinin sağlamlığına təhlükə yaradacaq və müvafiq elmlər sahəsində ABŞ-ın qlobal liderliyinə zərbə vuracaq.


Müəllif: Arzu
Seçilən
13
teleqraf.com

1Mənbələr