Adı "Fənərbaxça" ilə hallanan Anderson Taliskanın transferi ilə bağlı yeni məlumatlar dərc edilib. Metbuat.az xəbər verir ki, “Əl-Nəssr” Taliskanın transferi ilə bağlı güzəştlər edib. “TeamTalk”ın xəbərinə görə, “Fənərbaxça” “Əl-Nəssr”ə rəsmi transfer təklifi göndərib. Taliska üçün edilən təklifin təfərrüatları açıqlanmayıb. Məlumata görə, “Əl-Nəssr” transferi asanlaşdırmaq üçün transfer haqqını aşağı sala bilər. Qeyd edək ki, braziliyalı superulduz Anderson Taliskanın “Əl-Nəssr”lə müqaviləsi 2026-cı ildə yekunlaşır. Bu mövsüm “Əl-Nəsr”in heyətində 19 oyuna çıxan braziliyalı futbolçu 8 qola imza atıb.