AZ

Gediş haqqında güzəştlər gözlənilir? – AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək. Bəs elektrik mühərrikli avtobuslarda qiymətlər nəyə əsasən tənzimlənəcək?

Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev İNFOAZ.WS-ə bildirib ki, daşıyıcılar təkcə sərnişinlərin ödədiyi pul hesabına yox, həm də subsidiyaların hesabına dayanıqlı fəaliyyət göstərə bilərlər.

Rauf Ağamirzəyev: “Azərbaycan və Qazaxıstan Orta...

“Bu, hər kilometrə görə subsidiyaları özündə ehtiva edən Brutto müqavilələrinə keçir. Hökumətə təqdim olunub və təsdiqini gözləyir. Belə olduğu halda daşıyıcılar daha dayanıqlı fəaliyyət göstərə bilər və bir çox güzəştlər tətbiq edilə bilər. Həmçinin tələbələrə güzəştlər edilə bilər”.

Onun sözlərinə görə, bu sahə artıq minimum riskli olur. İndiki halda risklidir. Amma Brutto müqaviləyə keçid olunarsa, hər kilometrə görə subsidiya verilərsə, onda artıq daha dayanıqlı bir sahəyə keçilir. Banklar bura kredit verməyə daha meyilli olurlar.

Ekspert avtobus daşıyıcılarının daha dayanıqlı fəaliyyət göstərməsi üçün Brutto müqaviləyə keçidin vacibliyini qeyd edib.

Fatimə Məmmədova

İNFOAZ.WS

Seçilən
28
infoaz.ws

1Mənbələr