AZ

İƏT İsrailin Suriyaya hücumlarınıQINADI

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail ordusunun Suriyadakı infrastruktur obyektlərini hədəf alan hücumlarını və sərhəd bölgəsində tampon zona yaratmaq cəhdlərini sərt şəkildə qınayıb.

Redaktor.az xəbər verir ki, Təşkilatın yazılı açıqlamasında, Tel-Əvivin Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyaya qarşı hücum və işğal addımlarına reaksiya bildirilib.

Açıqlamada İsrailin Qolan təpələrindən başlayaraq işğal zonasını genişləndirmək, hərbi hücumlarla infrastrukturu məhv etmək cəhdlərinin davam etdiyi vurğulanıb. Bu addımların beynəlxalq hüquq normalarını və BMT-nin qərarlarını ciddi şəkildə pozduğu qeyd edilib.

Seymur BƏNNAYEV 

Seçilən
23
redaktor.az

1Mənbələr