AZ

"Azərbaycan və Ermənistan arasında tarixi fürsət yarandı" - Ərdoğan

Ümid edirik ki, Qarabağın işğaldan azad edilməsi sayəsində yaranan tarixi fürsət Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına töhfə verəcək.   Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə səfirlərinin 15-ci konfransında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, Türkiyə münaqişələr və müharibələrlə dolu bir bölgədə yerləşir. “Əminəm ki, türk diplomatiyası bölgəmizdə sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirəcək”, - deyə Ərdoğan vurğulayıb. Prezident Türkiyənin müdafiə sənayesinin uğurlarına diqqət çəkərək, yerli hərbi-sənaye kompleksinin inkişafı ilə bağlı qərarın “Ankaranın müttəfiqlərinin adekvat dəstəyinin olmamasına cavab olaraq qəbul edildiyini” xatırladıb. “Sevindirici haldır ki, bu gün Türkiyənin müdafiə təyinatlı məmulatlara olan tələbatının 80 faizə qədəri yerli müəssisələr hesabına ödənilir”, - deyə Türkiyə lideri qeyd edib. Suriyadakı vəziyyətə toxunan Ərdoğan əmin edib ki, Ankara suriyalı qardaşlara hər cür dəstəyi verməyə davam edəcək.

“Ümid edirəm ki, Suriyadakı yeni administrasiya öz cəmiyyətinin bütün təbəqələrinin maraqlarını nəzərə alacaq”, - deyə siyasətçi əlavə edib.

Seçilən
43
2
manset.az

3Mənbələr