ABŞ administrasiyası Ukrayna hakimiyyətinə hərbi xidmətə çağırış yaşını 25-dən 18-ə endirməsi üçün təzyiq göstərir. Bu addımın Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə çatışmazlığını aradan qaldıracağı və döyüş meydanında əhəmiyyətli dəyişikliklərə səbəb olacağı düşünülür.
Musavat.com -un hazırladığı məlumata görə, ABŞ rəsmiləri hesab edir ki, səfərbərlik və canlı qüvvənin artırılması Ukrayna ordusunun mövqelərini gücləndirə bilər. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl hərbi xidmətə çağırış yaş həddini 27-dən 25-ə endirən qanunu imzalayıb.
Bununla belə, bəzi ekspertlər çağırış yaşının 18-ə endirilməsinin effektivliyini şübhə altına alır, çünki 1990-cı illərin sonlarında aşağı doğum səviyyəsi səbəbindən Ukraynada 25 yaşdan aşağı kişilərin sayı azdır.
Müzakirələr davam edir və Ukrayna hökuməti bu təklifin mümkün nəticələrini qiymətləndirir. ABŞ isə gənc əsgərlərə zəruri avadanlıq və təlim təmin etməyə hazır olduğunu bildirir.
Xəbərin linki: https://storage.googleapis.com/gsc-link/www.bbc.com/3857efb4.html
Musavat.com