AZ

"Elə xəyanət gördüm ki..."

"İnsanda bir neçə xasiyyət varsa, o dəyişmir. Ona görə də "Mən beləyəm" mahnısını oxudum. 20, 30,40 yaşında insan başqa cür düşünür. 40 yaşda daha səhvlər etmirsən. Amma dəyişilməyən xüsusiyyətlər var". 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "İncə səhər" verilişində deyib. Sənətçi hər kəsdən uzaq qalmasının səbəbini açıqlayıb:

"Məni o qədər daşlayıblar, dostlardan xəyanət görmüşəm ki... Öyrəşmişəm. Dolça bürcləri birini sevərsə, çox bağlanar. Amma diqətsizlik görəndə tez də unudar. Son zamanlar görürəm ki, hadisələri sakit qəbul edirəm, önəm vermirəm. Yazılan şərhlərə, atılan sözlərə baxıb keçirəm. Kimsə müsahibədə adımı çəkir, baxıam keçirəm. Hər kəsin subyektiv fikrinə hörmətlə yanaşıram. 

Hər kəs bizi sevmək məcburiyyətində deyil. Məni televiziyadan görüb bəyənməyən olub, sonra salonda yaxınlaşıb ki, necə sadəsisiniz? Efirə çox çıxmıramsa, o demək deyil ki, yekəxanayam".

Günay yazılan mənfi şərhlərlə bağlı "Pis niyyətli şərh yazanın ailəsində, özündə problem var. Onlara pis oluram. Baxırlar, nəsə pis axtarırlar. Bu günə qədər heç birini pozmamışam. Təhqir olarsa, silərəm" sözlərini əlavə edib. 

Seçilən
27
6
hit.az

8Mənbələr