“Mançester Yunayted”in keçmiş futbolçusu Luis Saha fransalı yarımmüdafiəçi Pol Poqbanın “qırmızı şeytanlar”a qayıdacağı barədə danışıb.
Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, fransalı Poqbanın mümkün qədər tez əvvəlki səviyyəsinə qayıtmalı olduğunu bildirib:
“Poqba mümkün qədər tez əvvəlki səviyyəsinə qayıtmalıdır. Ən yaxşı oyunçularla məşqlərə çıxmaq ona kömək edəcək.
Düşünürəm ki, o, “Mançester Yunayted”ə qayıtmaqdan çox şad olardı. Komandada indi hücum gücü və təcrübəli futbolçu yoxdur. Poqba yaxşı bir seçim olardı”.
31 yaşlı Poqba hazırda dopinqə görə cəza çəkir. Qadağanın müddəti gələn ilin martında başa çatacaq.