AZ

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu "Liverpul" klubunun hücumçusu seçilib.

hakimiyyet.az xəbər verir ki, "Liverpul" klubundan Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə Premyer Liqada noyabrın ən yaxşı futbolçusu olub. Misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən "ən yaxşı" adına layiq görülüb.

O, Moyses Kaysedo ("Çelsi"), Mateus Kunya və Juan Qomes (hər ikisi "Vulverhempton"), Ceyms Meddison ("Tottenhem") və Juan Pedronu ("Brayton") qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib.

Seçilən
11
9
hakimiyyet.az

10Mənbələr