Fransa prezidenti Emmanuel Makron yaxın 48 saat ərzində ölkənin yeni baş nazirini təyin edəcəyini gözləyir. Bu barədə “Le Parisien” qəzeti dövlət başçısının siyasi partiyaların nümayəndələri ilə görüşündə iştirak edənlərə istinadən məlumat yayıb.
Prezidentlə iki saata yaxın davam edən bu görüşdə Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) bütün əsas siyasi partiyalarının nümayəndələri iştirak edib.
Danışıqlar başa çatdıqdan sonra Milli Assambleyadakı Respublikaçı Sağlar fraksiyasının rəhbəri Loran Vokyenin jurnalistlərə verdiyi məlumata görə, əsas müzakirə mövzusu “təyin olunduqdan üç ay sonra yıxılmayacaq” hökumətin formalaşdırılması olub. O, əlavə edib ki, onun partiyası yeni kabinetə etimadın əleyhinə səs verəcək
Daha əvvəl “France Info” radiostansiyası hökumətdəki mənbəyə istinadən yazıb ki, Makron çərşənbə günü günortanın sonuna kimi yeni baş nazirin təyinatı ilə bağlı qərar verməyi planlaşdırır.
Oxuməni.az