AZ

AİİB Azərbaycanda günəş enerjisinin inkişafına dair yeni sərmayə planlarını açıqladı (ÖZƏL)

Bakı. Trend:

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycanın günəşenerjisi sahəsinə böyük investisiyalar yatıracağını açıqlayıb. Buaddım bankın iqlim sahəsində fəaliyyət strategiyasında mühümmərhələdir.

Bu barədə Trend-ə özəlmüsahibəsində AİİB-in iqlim strategiyası və siyasəti üzrə başmütəxəssisi Seleha Lokvud bildirib.

S.Lokvud bildirib ki, AİİB-in daha geniş iqlim strategiyasımüştərilərlə sıx əməkdaşlıq və strateji tərəfdaşlıqlarıngücləndirilməsinə yönəlib.

"Keçən il iqlim üzrə fəaliyyət planımızı yayımladıq və buradaəsas diqqət müştərilərimizlə sıx əməkdaşlığa və əhəmiyyətlitərəfdaşlıqların qurulmasına yönəlib. Azərbaycana edilən bu konkretinvestisiya belə bir yanaşmanın nümunəsidir, çünki biz digərçoxtərəfli inkişaf bankları (ÇİB) və Azərbaycanla əməkdaşlıqedərək, enerji prioritetlərini dəstəkləyirik", – deyə S.Lokvudbildirib.

İnvestisiya həcmi ümumilikdə 160 milyon ABŞ dolları təşkiledəcək və bu vəsait 315 MVt gücündə Neftçala Günəş ElektrikStansiyası və 445 MVt gücündə Biləsuvar Günəş ElektrikStansiyasının tikintisinə yönəldiləcək. Layihə “Abu Dhabi FutureEnergy Company” ("Masdar") ilə tərəfdaşlıqda həyata keçirilir vəAzərbaycanın bərpa olunan enerji potensialının inkişafınaəhəmiyyətli töhfə verəcək.

"Bu layihə Azərbaycanın enerji balansını köklü şəkildə dəyişəcəktransformasiyaedici bir investisiyadır. Biz bu təşəbbüsün birhissəsi olmaqdan məmnunuq, çünki o, ölkənin enerji sektorunungələcəyi üçün strateji əhəmiyyət daşıyır", – deyə S.Lokvud qeydedib.

Layihə Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma vəİnkişaf Bankı (AYİB) ilə birgə maliyyələşdirilir. Bununla yanaşı,yerli tərəfdaş kimi “SOCAR Green” layihədə “Masdar”a qoşulub.

S.Lokvud bildirib ki, bu əməkdaşlıq AİİB-in regional əməkdaşlığıinkişaf etdirmək və ölkələrin iqlim məqsədlərinə nail olmasınadəstək olmaq öhdəliyini əks etdirir.

"Beynəlxalq İnkişaf və Yenidənqurma Bankları və yerliiştirakçılarla tərəfdaşlıq iqlim dəyişikliyi kimi qlobalproblemlərin həlli üçün əməkdaşlığın əhəmiyyətini vurğulayır", –deyə o əlavə edib.

Günəş enerjisinə edilən investisiya AİİB-in Paris Sazişinə uyğunolaraq yaşıl infrastruktura üstünlük verilməsi üzrə daha genişstrategiyası ilə uzlaşır.

"Bizim strategiyamız yaşıl infrastruktura üstünlük verir vəParis Sazişinin hədəflərinə uyğundur. 2023-cü il iyulun 1-dənetibarən bütün layihələrimiz Paris hədəflərinə uyğunlaşdırılıb vəbu investisiya da istisna deyil", – deyə S.Lokvud qeyd edib.

AİİB-in layihəyə sadiqliyi artıq görünür. Bankın investisiyaəməliyyatları üzrə komandası layihənin icrasının ilk həftəsindənetibarən Azərbaycanda fəaliyyət göstərir.

"Biz artıq buradayıq, Azərbaycandakı həmkarlarımızla əməkdaşlıqedirik və layihənin fasiləsiz irəliləməsini təmin edirik", – deyəS.Lokvud əlavə edib.

Seçilən
45
1
az.trend.az

3Mənbələr