Cənubi Koreyada polisin prezident Yoon Suk Yeolun dekabrın 3-də uğursuz hərbi vəziyyət elan etməsi ilə bağlı aparılan istintaqda paytaxt Seuldakı Prezident Aparatına basqın etdiyi bildirilib.
Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın Yonhap agentliyinin məlumatına görə, axtarışlar Milli Polisdə və Seul Metropoliteninin baş qərargahında, həmçinin Prezident Aparatında aparılır.
AA xəbərinə görə; Reydlər Milli Assambleyanın spikeri Woo Won-shik parlamentin hərbi vəziyyətlə bağlı araşdırma səlahiyyətindən istifadə edəcəyini bəyan etdikdən sonra baş verib.
Qeyd edək ki, Cənubi Koreyanın Milli Assambleyası ötən gün prezident Yoon Suk Yeolun dərhal həbsini ehtiva edən qətnamə layihəsini qəbul edib.
Aytən Yaşar/ Turkustan.az