AZ

SEPAH generalları ilə qapalı iclas

SEPAH generalları ilə qapalı iclas

İran parlamentinin Rəhbərlik Şurasının üzvü Əhməd Nadiri SEPAH-ın baş komandanı general Hüseyn Səlami və bir neçə generalla qapalı iclas keçirildiyini açıqlayıb. "Cebheinfo.az" bu barədə ISNA-ya istinadən xəbər verir. 

Məlumata görə, iclasda İranın bölgədəki hərbi strategiyaları, İslam Respublikasının İsrailə qarşı əməliyyatları, habelə Suriyada Əsəd rejiminin süqutu və regionun gələcəyi müzakirə edilib. Əhməd Nadiri qeyd edib ki, Bəşər Əsəd hökumətinin süqutundan əvvəl son ana qədər İranın hərbi müşavirləri və qüvvələri Suriyada olub:

"Hazırda isə Suriyada İran qüvvələri yoxdur”.

"Cebheinfo.az"

Seçilən
9
cebheinfo.az

1Mənbələr