"Suriyadakı əməliyyatlardan sonra İsrail yaxın aylarda İraq və İrana hücum etmək arzusundadır".
Missiya.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İranın keçmiş vitse-prezidenti Möhsün Rezai deyib.
İranın yüksək səviyyəli siyasətçiləri İsrailin hərbi hücumunun indi İran sərhədlərinə yaxınlaşa biləcəyindən ehtiyat edirlər.
“Onlar Qəzza zolağından başladı, sonra Livanı, son iki həftədə isə Suriyanı işğal etdilər. Yaxın aylarda onlar İraqa hücum etmək niyyətindədirlər və İrana hücumları davam etdirmək arzusundadırlar”, - deyə Rezai bildirib.
Daşqın HəsənovMissiya.Az