AZ

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Bakı. Trend:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarınamüraciət edib.

Trend xəbərverir ki, müraciətdə deyilir:

"Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəziküçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqlaistiqamətlər dəyişdiriləcək.

Dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadəkParlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərinhərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması UluÖndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz vətəhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyatakeçirilir.

Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavidprospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuatprospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatrbinasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadəküçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasınınarxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinəbütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamətdəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadəedilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", -qurumdan qeyd edilib.

Seçilən
8
49
az.trend.az

10Mənbələr